Serbiya Futbol Federasiyasının vitse-prezidenti Savo Miloşeviç İsveçrə ilə oynanılan görüşdən (1:2) sonra VAR (video-köməkçi hakim) haqqında danışıb. Apasport.az saytının məlumatına görə, sabiq futbolçu sistemin hakim səhvlərinin qarşısını almadığını düşünür.
Miloşeviçin fikrincə, bu gedişlə daha bir neçə hakimə ehtiyac olacaq: “Başa düşə bilmirəm, əgər bu VAR (video-köməkçi hakim) bir işə yaramırsa, niyə ona ehtiyacımız var? Bu gün hər kəs hakimin səhv etdiyini gördü. Düşünürdüm ki, VAR hakimlərin səhvlərini düzəltmək üçün var. Belə çıxır ki, bundan sonra monitor arxasında oturanların səhvlərini düzəltmək üçün də əlavə adamlara ehtiyacımız olacaq. Nəticədə, bütün dünyanın gördüyünü görməyən 100 xüsusi hakim ortaya çıxacaq”.
Vitse-prezident son olaraq VAR-ın mundialda seçilmiş komandaların xeyrinə qərarlar verdiyini sözlərinə əlavə edib: “Görünən odu ki, VAR seçilmiş komandaların lehinə işləyir. Dünya çempionatında artıq iki dəfə Serbiyanın penaltisi verilməyib: 2 oyun və 2 səhv. Bu necə ola bilər axı? Əgər səhvlər davam edəcəkdisə, bu sistem nəyə lazım idi? Adi səhvlərdən də yox, birbaşa oyunun nəticəsinə təsir edən səhvlərdən söhbət gedir”.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb