Albaniyanın paytaxtı Tiranada Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) Hesabat-Seçki Konfransı keçirilib.
Apasport.az saytının məlumatına görə, mərasimdə Azərbaycan Ağır Atletika Federasiyasının baş katib Rizvan Rəsulov və onun köməkçisi Kamal Axundovdan ibarət nümayəndə heyəti də iştirak edib.
Konfransda IWF-in prezident postuna seçkilər keçirilib. Səsvermə nəticəsində iraqlı Məhəmməd Calud qurumun prezidenti seçilib. Bununla yanaşı, federasiyanın vitse-prezidentləri, İdarə Heyətinin üzvləri və digər postlar üçün seçkilər keçirilib, yeni vəzifə sahibləri müəyyən edilib.
Azərbaycanın nümayəndə heyəti Konfransda iştirakla yanaşı, bir sıra işgüzar görüşlər keçirib, müzakirələr aparıblar.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib