Fərid Namazov: "Bütün matçlar bizim üçün prinsipialdır"
02.05.2025 - 15:11
Fərid Namazov: "Bütün matçlar bizim üçün prinsipialdır"

"Komandada ab-hava çox yaxşıdır. Yalnız bir zədəli futbolçumuz var".

Bu sözləri apasport.az saytına açıqlamasında "İmişli"nin baş məşqçisi Fərid Namazov deyib.

Mütəxəssis komandanın durumu barədə danışıb: "Hazırda Xəyal Tomarovdan başqa bütün futbolçular heyətdədir. Mikrozədəlilərimiz də var, amma bu oynamaqlarına təsir göstərəcək bir durum deyil. Şükürlər olsun ki, sona 4 tur qalmış Premyer Liqaya yüksəlməyi təmin etdik. Amma bu, bizdə motivasiya itkisinə gətirib çıxarmır. "Zaqatala" ilə oyundan sonra da, həftə ərzində də futbolçularla görüşlərdə onlara konsentrasiyanı itirməməli olduğumuzu bildirmişik. Bizim birinci məqsədimiz Premyer Liqaya vəsiqə qazanmaq olsa da, ikinci hədəfimiz ən azından 2-ci pillənin sahibi olmaqdır. Bu yolda sona qədər mübarizə aparacağıq. Bütün matçlar bizim üçün prinsipialdır". 

Çalışdırıcı stadion məsələsi ilə bağlı məlumatsız olduğunu söyləyib: "Stadion məsələsi barədə çox maraqlanmıram. Bu, rəhbərliyin işidir. Mən və futbolçularım diqqətimizi meydançaya yönəltmişik. Bizim işimiz mübarizə aparmaqdır".

Qeyd edək ki, I Liqanın ötən turunda "Qəbələ" çempionluğu, "Karvan" və "İmişli" isə Premyer Liqaya vəsiqəni təmin edib.