Argentina millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
20.11.2026 - 09:37
Argentina millisinin sabiq üzvü karyerasını BAŞA VURUB

Argentinalı yarımmüdafiəçi Ever Baneqa futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Apasport.az xəbər verir ki, 38 yaşlı oyunçu peşəkar futbolla vidalaşmaq qərarına gəlib.

O, karyerası ərzində “Boka Xuniors”, “Valensiya”, "Sevilya" və "İnter" kimi klubların şərəfini qoruyub.

Qeyd edək ki, Baneqa Argentina millisinin heyətində 65 oyun keçirib.