Fərid Qayıbov Beynəlxalq İdman Məktəbi Federasiyasının prezidenti ilə görüşüb
05.07.2024 - 00:01
İyulun 4-də gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq İdman Məktəbi Federasiyasının prezidenti Loran Petrinka və icraçı direktoru Hasney El Ayubini qəbul edib.
Apasport.az xəbər verir ki, nazir qonaqlara ölkəmizdə məktəblilərin idmanla məşğulluğu və bu sahədə görülən işlər barədə məlumat verib.
Qonaqlar səmimi qəbula görə təşəkkür ediblər. Görüş zamanı ölkəmizlə beynəlxalq federasiya arasında gələcək əməkdaşlıq perspektivləri də müzakirə olunub.
Görüşdə gənclər və idman nazirinin müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
0
0