İyunun 27-də gənclər və idman naziri Fərid Qayıbov Çadın gənclər və idman naziri Abakar Cermah Aumini qəbul edib.
Apasport.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında gənclər və idman sahəsində aparılan əməkdaşlığın yüksək səviyyədə olduğu barədə məlumat verilib.
Qonaq səmimi qəbula görə təşəkkür edib. Görüş zamanı iki ölkə arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
Görüşdə gənclər və idman nazirinin müavini Mariana Vasileva və nazirliyin Beynəlxalq əlaqələr sektorunun müdiri Zərifə Zülfüqarova, Çadın Gənclər və İdman Nazirliyinin rəsmisi Medi Kizzi Teyl də iştirak ediblər.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”