Bu gün gənclər və idman naziri Fərid Qayıbov FIDE prezidenti Arkadi Dvorkoviçi qəbul edib.
Apasport.az xəbər verir ki, qonağa son illərdə Azərbaycanda şahmatın inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib.
Nazir görüşdə şahmatçılarımızın qazandıqları uğurlar barədə danışıb. FIDE prezidenti Azərbaycanda şahmata dövlət qayğısının nümunəvi olduğunu qeyd edərək son illərdə şahmatçılarımızın beynəlxalq yarışlarda qazandıqları qələbələrini yüksək qiymətləndirib.
Görüşdə nazir müavini Mariana Vasileva, nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov və Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov iştirak ediblər.
Qeyd edək ki, Arkadi Dvorkoviç “Baku Open-2024” beynəlxalq Şahmat Turniri çərçivəsində ölkəmizə gəlib.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”