İyunun 27-də gənclər və idman naziri Fərid Qayıbov Qambiyanın gənclər və idman naziri Bakar Bodji qəbul edib.
Apasport.az xəbər verir ki, nazir qonağaa ölkəmizin gənclər siyasəti və idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.
Bakar Bodji səmimi qəbula görə təşəkkür edib. Görüşdə Azərbaycanla Qambiya arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüşdə gənclər və idman nazirinin müavini Mariana Vasileva və nazirliyin Beynəlxalq əlaqələr sektorunun müdiri Zərifə Zülfüqarova, Azərbaycanın Mərakeş Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri Nazim Səmədov, Qambiyanın İdman və Gənclər Nazirliyi yanında Prezidentin Beynəlxalq Mükafatının icraçı direktoru Sisey Malik iştirak ediblər.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”