Sentyabrın 5-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında MOK-un Atletlər Komissiyasının iclası keçirilib.
Apasport.az xəbər verir ki, iclası giriş sözü ilə açan MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev Atletlər Komissiyasının həyata keçirdiyi layihələr barədə məlumat verib.
İclasda komissiyanın yeni tərkibi müəyyənləşib. Atletlər Komissiyanın sədri olan Rüstəm Orucovun (cüdo) yerinə Fəridə Əzizova (taekvondo) sədr seçilib.
Taekvondoçumuz indiyə qədər Atletlər Komissiyasının sədr müavini kimi fəaliyyət göstərib.
Qeyd edək ki, 2025-2028-ci illər dövrü üçün Fəridə Əzizova (taekvondo) komissiyanın sədri, Leyla Əliyeva (cüdo), İradə Aşumova (atıcılıq), Hacı Əliyev (güləş), Nazim Babayev (atletika), Rafiq Hüseynov (güləş), Fatimə Alkərəmova (üzgüçülük), Rəsul Çunayev (güləş) komissiyanın üzvüləri kimi fəaliyyət göstərəcəklər.
Səsvermədən sonra Atletlər Komissiyasının gələcək fəaliyyəti barədə müzakirələr aparılıb.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”