Fernandu Santuş: “Əsas problemimiz müdafiədir”
11.10.2024 - 22:29
Fernandu Santuş: “Əsas problemimiz müdafiədir”

Millətlər Liqasının Estoniya - Azərbaycan matçından (3:1) sonra yığmamızın baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib.

"Komanda oyuna yaxşı başladı, ilk 35 dəqiqə kompakt oynadıq. Heç şans qazanmadılar. Amma qol buraxdıqdan sonra vəziyyət dəyişdi. Fasilədə də dedim ki, ilk 35 dəqiqədə olduğu kimi oynamalıyıq. Rəqib ağıllı oynadı, bizə imkan vermədi ki, öz oyunumuzu oynayaq. Şanslarımız oldu, amma yararlana bilmədik. Rəqib komanda bizə meydanda yer buraxmadı. 3-4-3 sxemi ilə başladıq, ilk 35 dəqiqədə yaxşı oynadıq. Ək-hücumda qol vurdular. Bizim 4-5 real şansımız oldu. Əsas problemimiz müdafiədədir. 3 oyunda 8 qol buraxmışıq. Biz öz işimizi davam etdirməliyik. Bu problemlərin üzərində işləməliyik".

0