Azərbaycan millisinin və Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emreli diskvalifikasiya olunub.
Apasport.az saytının məlumatına görə, FİFA 25 yaşlı hücumçunun futbol fəaliyyətinə qadağa qoyub.
Bunu Polşanın "Legiya" klubunun hüquqi və inzibati direktoru Yakub Laskovski açıqlayıb. O, sosial şəbəkə paylaşımında Mahirin sabiq klubu qarşısındakı maliyyə öhdəliklərini yerinə yetirmədiyini bildirib. Bu üzdən FİFA-ya şikayət edən Varşava klubunun müraciətinə baxılıb və Emreli cəzalandırılıb. Hücumçu "Legiya"ya qaytarmalı olduğu 100 min avronu ödəyənə qədər futboldan uzaqlaşdırılıb.
Qeyd edək ki, 2021/22 mövsümünün ilk yarısını "Legiya"da keçirən Mahir bu ilin əvvəlində "Dinamo"ya keçib.
- “Formula 2” Bakı Qran-prisinin ikinci böyük səhnəsi: Sürət, rəqabət və adrenalin - FOTOLENT
- “Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı - RƏSMİ
- Tiaqo Silva “Şəfa”da
- Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO
- Rusiya ilə İran yoldaşlıq görüşündə üz-üzə gələcək