“Forbes” dünyanın ən çox qazanan məşhur simalarının sıralamasını hazırlayıb. Apasport.az saytının məlumatına görə, ilk “onluq”da Lionel Messi və Kriştiano Ronaldoya da yer tapılıb.
“Barselona”nın ulduzu 111 milyon dollarlıq gəliri ilə 8-ci, “Real”ı “Yuventus”u dəyişən Kriştianu Ronaldo (108 milyon) isə 10-cudu.
Sıralamaya 285 milyon dollarlıq qazancı ilə məşhur boksçu Floyd Meyvezer başçılıq edir. O, təkcə Konor MakQreqorla döyüşdən 275 milyon dollar gəlir əldə etmişdi.
İkinci pillədə aktyor Corc Kluni (239 milyon) qərarlaşıb. İlk üçlüyü isə model Kayli Cenner (166,5 milyon) qapayır.
- Floyd Meyvezer – 285 milyon dollar
- Corc Kluni – 239 milyon
- Kayli Cenner – 166,5 milyon
- Cudi Şeyndlin – 147 milyon
- Dueyn Conson – 124 milyon
- U2 – 118 milyon
- Coldplay – 115,5 milyon
- Lionel Messi – 111 milyon
- Ed Şiran – 110 milyon
- Kriştianu Ronaldo – 108 milyon
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ