“Formula-1”i izləmək üçün 2 min qazi və şəhid ailəsi üzvünə pulsuz bilet verildi
10.06.2022 - 15:50
“Formula-1” üzrə Azərbaycan Qran-prisini Vətən müharibəsinin şəhid və qazi ailələri də izləyir.
Bakı Şəhər Halqasından (BŞH) apasport.az saytına verilən məlumata görə, bununla bağlı onlara xüsusi dəvət göndərilib.
BŞH layihə kimi qazilərə və şəhid ailələrinə pulsuz bilet təqdim edib. Onlar Azneft tribunasındakı yerlərini tutaraq yarışı canlı izləyirlər. Üç gün ərzində layihə çərçivəsində 2000 nəfərin həmin tribunadan “Formula-1”ə tamaşa etməsi planlaşdırılır.
Qeyd edək ki, bu gün start götürən “Formula-1” üzrə Azərbaycan Qran-prisində əsas yarış iyunun 12-də baş tutacaq.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
0
0