Bu gün DÇ-2018-in 1/8 final mərhələsində Argentina ilə qarşılaşacaq Fransa üçün bu raund uğurlu hesab olunur. Apasport.az saytının məlumatına görə, mundialın qrup mərhələsi, ardınca 1/8 final sistemi ilə keçirildiyi 32 illik dövrdə “üçrənglilər” həmişə bu raundda qalib gəlib.
1986-cı ildən tətbiq olunan bu sistemli yarışlarda Fransa ya 1/8 finala qədər mübarizəni dayandırıb, ya da ən azı 1/4 finala adlayıb. Onlar bu müddətdəki 8 mundialın 4-də 1/8 finalda qüvvəsini sınayıb və hər dəfə uğur qazanıb. Bir sözlə, komanda qrupdan çıxanda ən azı 1/4 finala qədər irəliləyir.
1990, 1994-cü illərdə seçmə mərhələdə büdrəyən fransalılar 2002 və 2010-cu illərdə qrupda qalıb. 1/8 finala yüksəldiyi illərdən üçündə - 1986-da bürünc, 1998-də qızıl, 2006-da gümüş əldə edən komanda 2014-də 1/4-də dayanıb.
Qeyd edək ki, Fransanın DÇ-lər tarixində mübarizəni 1/8 finalda dayandırdığı yeganə yarış 1938-ci ildə olub. Lakin həmin vaxt turnir qrup mərhələsi ilə deyil, birbaşa 1/8-dən başlayıb.
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb