Füzuli Məmmədov üçün çətin hədəf: Əlində kim varsa...
26.01.2026 - 15:43
Füzuli Məmmədov üçün çətin hədəf: Əlində kim varsa...

“Karvan-Yevlax”ın üzərində “qara buludlar” davam edir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, klub daha bir problemlə üzləşib.

Yevlax təmsilçisi Misli Premyer Liqasında autsayder olsa da, heyətini yeni futbolçu ilə gücləndirməyəcək.

Qış transfer pəncərəsində yalnız yerli futbolçuları rənglərinə bağlayan klub artıq axtarışlarını sonlandırıb. Buna səbəb isə büdcənin yeni transferlərə əl verməməsidir.

Belə ki, klub heyətinə daha bir legioner qatmaq istəsə, bunun üçün əlavə 100 min manat rüsum ödəməlidir. Rəhbərlik isə belə bir addım atmaq niyyətində deyil. 

Əvəzində komandanın baş məşqçisi Füzuli Məmmədovun qarşısına “Karvan-Yevlax”ı əldə olan heyətlə elitada saxlamaq məqsədi qoyulub.