Gimnastlarımız beynəlxalq turnirdə uğurla çıxış ediblər
12.02.2024 - 15:57
Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən bədii gimnastika üzrə “Queen Cup” beynəlxalq turnirində “Ocaq Sport” klubunun gimnastları uğurla çıxış ediblər.
Apasport.az xəbər verir ki, idmançılarımız 5 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar.
Neslihan Əkbərli (alətsiz), Alsu Abdullayeva (alətsiz, gürzlər), Nilüfər Qasımova (alətsiz, lent), Nuray Məmmədova (top) qızıl medallar qazanıblar. İnara Abıyeva qızıl (gürzlər) və bürünc (alətsiz), Aylin Yusifli isə gümüş (gürzlər) və bürünc (top) medallara layiq görülüblər.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
0
0