Portuqaliyanın Gimareyeş şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yeniyetmələrin batutda sinxron hərəkətlərində təsnifat mərhələsi başa çatıb.
Azərbaycan gimnastları Ayan Şabanova və Samirə Hüseynova final mərhələsinə yüksəliblər.
Bunadək Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanovdan ibarət tamblinq yığmamız komanda yarışında final mərhələsinə vəsiqə qazanıb. Malkinlə Əliyev həm də fərdi yarışlarda həlledici raunda yüksəliblər.
Olimpiya lisenziyasının sahibi Selxan Mahmudova yarımfinala adlayıb. Yeniyetmələrin yarışlarında Əli Niftəliyev Aleksey Karataşev tamblinqdə təsnifatı keçərək final mərhələsinə vəsiqə qazanıblar.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”