Gimnastlarımızdan 6 medal
17.03.2024 - 23:17
Niderlandın Alkmaar şəhərində batut gimnastikası üzrə “Dutch Trampoline Open 2024” turniri keçirilir.
Apasport.az xəbər verir ki, idmançılarımız yarışda 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.
Sinxron proqramda çıxış edən Əli Niftəliyev və Ammar Baxşaliyev fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Hüseyn Abbasov və Nicat Mirzəyev gümüş, Fərhad Mustafayev və İbrahim Mustafazadə isə bürünc medala sahib çıxıblar.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0