Güləşçilərimiz reytinq turnirini 12 medalla tamamladı
05.02.2023 - 23:17
Xorvatiyada keçirilən güləş üzrə reytinq xarakterli “Zaqreb Open” turnirinə yekun vurulub.
Apasport.az xəbər verir ki, yarışın son günündə yunan-Roma güləşi üzrə 6 çəkidə qaliblər müəyyənləşib. Təmsilçilərimizdən Nihat Məmmədli (60 kq) finalda Mehdi Necada (İran) 0:8 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.
Legionerimiz Murad Lokyayev (97 kq) isə rəqibi Mixail Kajaya (Serbiya) zədələndiyi üçün döşək üzərinə çıxmadığından, bürünc medal qazanıb.
Beləliklə, ilin ilk reytinq turnirində güləşçilərimiz ümumilikdə 12 (2 qızıl, 3 gümüş, 7 bürünc) medal əldə edib.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
0
0