Astanada Qazaxıstanın olimpiya və dünya çempionu Jaksılık Uşkempirovun xatirəsinə güləş üzrə gənclər arasında (U-20) keçirilən beynəlxalq turnirə yekun vurulub.
Apasport.az saytının məlumatına görə, memorialın son günündə güləşçilərimiz 8 medal qazanıb.
İlkin Qurbanov (60 kq) və Kənan Abdullazadə (67 kq) çempion olub. Əli Quliyevlə (87 kq) Məzaim Mərdanov (130 kq) gümüş, Təvəkgül Həziyev (67 kq), Rəvan Nuriyev, Aqil Musayev (hər ikisi 77 kq) və Etibar Rzayev (87 kq) isə bürünc medal əldə edib.
Bir gün öncə isə Ruslan Nurullayev (72 kq) 1-ci, İsmayıl Rzayev (82 kq) 2-ci, Fərid Sadıxlı (55 kq) isə 3-cü yeri tutub.
Qeyd edək ki, ənənəvi yarışda beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyub.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib