Bu gün Çində “The Belt and Road 2023 to World Chess Woman’s Summit” turnirinə start veriləcək.
Apasport.az saytının məlumatına görə, sürətli şahmat üzrə təşkil olunan yarış dairəvi sistemlə keçiriləcək.
Turnirdə 7 ölkədən 12 şahmatçı mübarizə aparacaq. Azərbaycanı yarışda milli komandanın lideri Günay Məmmədzadə təmsil edəcək.
Çin yarışında Günay Məmmədzadə ilə yanaşı, Bela Xotenaşvili (Gürcüstan), Antuanetta Stefanova (Bolqarıstan), Bibisara Assaubayeva (Qazaxıstan), Marsel Efroimski (İsrail), Monika Soçko (Polşa), Qi Quo, Ni Şiqun, Jao Mo, Ninq Kayu, Xiao Yu, Li Xueyi (hamısı Çin) çıxış edəcək.
Turnirin qalibləri yanvarın 8-də məlum olacaq.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO