Heydər Əliyev kubokunun qalibləri bəlli olub
18.02.2024 - 16:38
Həvəskar snoubordçular arasında təşkil olunan Heydər Əliyev kuboku uğrunda turnirə yekun vurulub
Apasport.az xəbər verir ki, yarış Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Uşaqlar və böyüklər arasında təşkil olunan turnirdə 5 müxtəlif yaş kateqoriyası üzrə 50-ə yaxın həvəskar snoubordçu qüvvəsini sınayıb. Qaliblər təşkilatçılar tərəfindən medal və diplomlarla təltif olunub.
Qeyd edək ki, Heydər Əliyev Kuboku fevralın 27-də uşaqlar arasında xizək yarışı ilə davam edəcək.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
0
0