
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə aşağıdakı qərarlar qəbul olunub:
05.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXIX turun “Səbail” – “Turan Tovuz” oyunu bitdikdən sonra “Turan Tovuz” klubunun 77 nömrəli futbolçusu Veysəl Rzayev azarkeşi vurmağa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalandırılsın, “Turan Tovuz” klubu 2000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 40.5; 32)
06.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXIX turun “Sabah” – “Kəpəz” oyunu bitdikdən sonra “Kəpəz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Kəpəz” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);
07.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXIX turun “Araz-Naxçıvan” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Sumqayıt” klubu 1000 manat cərimə edilsin (maddə 43.7);
03.04.2025-ci il tarixində I Liqada XX turun “Cəbrayıl” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun heyətində adları matçın protokolunda olmayan futbolçular oyuna daxil olduğuna görə “Qaradağ Lökbatan” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin, “Qaradağ Lökbatan” klubu 400 manat cərimə edilsin (maddə 61.6);
03.04.2025-ci il tarixində I Liqada XX turun “Difai” – “Karvan” oyununun 90+3-cü dəqiqəsində “Difai” klubunun inzibatçısı Murad Şirinov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Difai” klubu 150 manat cərimə edilsin (maddə 42.3);
03.04.2025-ci il tarixində I Liqada XX turun “Difai” – “Karvan” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Difai” klubu 50 manat cərimə edilsin (maddə 70.1);
03.04.2025-ci il tarixində I Liqada XX turun “Difai” – “Karvan” görüşündə oyun günü planı pozulduğuna görə “Difai” klubu 100 manat cərimə edilsin (maddə 77.1);
03.04.2025-ci il tarixində I Liqada XX turun “Mingəçevir” – “Zaqatala” oyununda “Mingəçevir” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Mingəçevir” klubu 150 manat cərimə edilsin (maddə 52.2);
6 aprel 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Sabirabad FK-Lokomotiv İmişli oyununda Sabirabad FK komandasının heyətində N6 futbolçu Bəxtiyar Əhmədov qarşılaşmanın 32-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 41);
5 aprel 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Araz(İmişli)-Mil FK oyununda Mil FK komandasının heyətində N20 futbolçu Taleh Salmanlı qarşılaşmanın 45-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);
6 aprel 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Masallı PFK-Salyan OİK oyununda Salyan OİK komandasının heyətində N6 futbolçu Kamran Kərimov qarşılaşmanın 56-cı dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılsın (maddə 40.3);
6 aprel 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Göyəzən FK-Veteran Tankçılar Gəncə FK oyununda Göyəzən FK komandasının heyətində N11 futbolçu Anar İmamquliyevin qarşılaşmanın 59-cu dəqiqəsində ciddi kobud oyuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın (maddə 39.1);
6 aprel 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Göyəzən FK-Veteran Tankçılar Gəncə FK oyununun 85-ci dəqiqəsində Veteran Tankçılar Gəncə FK komandasının heyətində N12 futbolçu Hüseyn Quliyev hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılsın (maddə 43.3);
5 aprel 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Qaradağ(Şıxlar)-Xudat City FA oyununda Qaradağ(Şıxlar) komandasının heyətində N16 futbolçu Rəşad Teyyubov qarşılaşmanın 90+5-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 41);
29 mart 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Ərkivan(Masallı)-Qobustan FK oyununda Ərkivan(Masallı) komandasının heyətində protokolda adı qeyd edilməyən futbolçu iştirak etdiyinə görə Ərkivan(Masallı) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 61.6);
6 aprel 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Qəbələ İK–Qarabağ FK oyununda Qarabağ FK komandasının heyətində N10 futbolçu Hikmət Cəbrayılzadə qarşılaşmanın 90-cı dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);
5 aprel 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Neftçi PFK–Səbail PFK oyununda Səbail PFK komandasının heyətində N11 futbolçu Fariz Hüseynov qarşılaşmanın 78-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);
5 aprel 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Neftçi PFK–Səbail PFK oyununda Qarşılaşmanın 87-ci dəqiqəsində Səbail PFK komandasının heyətində N5 futbolçu Murad Fərzəliyevin ciddi kobud oyuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın (maddə 39.1);
5 aprel 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Neftçi PFK–Səbail PFK oyununda Qarşılaşmanın 90-cı dəqiqəsində Neftçi PFK komandasının heyətində N15 futbolçu Elvin Rəhimxanovun ciddi kobud oyuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın (maddə 39.1);
5 aprel 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Masallı PFK–European Football Academy oyununda European Football Academy komandasının heyətində N14 futbolçu Sabir İbrahimov qarşılaşmanın 51-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);
4 aprel 2025-ci il tarixində AFFA U-16 Liqasında keçirilən Səbail PFK–Kəpəz PFK oyununda Səbail PFK komandasının heyətində N22 futbolçu İbrahim Məmmədlinin qarşılaşmanın 74-cü dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);
5 aprel 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən Arpaçay(Şərur) – UGİM(Kəngərli) FK oyununda Arpaçay(Şərur) komandasının baş məşqçisi Bilal Nağıyev qarşılaşmanın 40-ci dəqiqəsində hakimin qərarına kəskin etiraz etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın (maddə 42.3);
5 aprel 2025-ci il tarixində AFFA U-11 Liqasında keçirilən Santos Baku – Antiguoko İnternational oyununda Antiguoko İnternational komandası qarşılaşmanın 48-ci dəqiqəsində meydana lisenziyası olmayan futbolçu buraxdığına görə Antiguoko İnternational komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 61.2);
5 aprel 2025-ci il tarixində AFFA U-11 Liqasında keçirilən İCBFA – World Stars FA oyununda World Stars FA komandasının baş məşqçisi Çıraq Behbudov qarşılaşmanın 48-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalandırılsın (maddə 43.4);
5 aprel 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən UGİM(Ordubad)-UGİM(Şərur) oyununda UGİM(Ordubad) komandasının heyətində N9 futbolçu Eltan Abutalıbov qarşılaşmanın 64-cü dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);
6 aprel 2025-ci il tarixində AFFA U-16 Liqasından keçirilən UGİM(Şərur)-Arpaçay(Şərur) oyununda Arpaçay(Şərur) komandasının baş məşqçisi Bilal Nağıyev hakiminin qərarına şiddətli etiraz etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın (maddə 42.3);
6 aprel 2025-ci il tarixində AFFA U-16 Liqasından keçirilən UGİM(Şərur)-Arpaçay(Şərur) oyununda Qarşılaşmanın 83-cü dəqiqəsində UGİM(Şərur) komandasının heyətində N7 futbolçu Sərhat Əmoyev qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);
6 aprel 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Neftçi PFK-Zirə PFK oyununda Zirə PFK komandasının heyətində N90 futbolçu Əli Hüseynov qarşılaşmanın 20-ci dəqiqəsində icazəsiz meydana daxil olduğuna görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);
5 aprel 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Modern FC-Ulduz FA oyununda Modern FC komandasının heyətində N18 futbolçu Erhan Arasan qarşılaşmanın 60-cı dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);
6 aprel 2025-ci il tarixində AFFA U-12 Liqasında keçirilən Qarabağ FK-Fener Baku oyununda Fener Baku komandasının koordinatoru Araz Əhmədovun qarşılaşmanın 52-ci dəqiqəsində hakimin qərarına kəskin etiraz etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın (maddə 42.3);
6 aprel 2025-ci il tarixində AFFA U-10 Liqasında keçirilən Vətən İOEUGFMPHŞ –Səbail PFK oyununda Vətən İOEUGFMPHŞ komandasının baş məşqçisi Azad Əliyev qarşılaşmanın 46-cı dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 42.4);
7 aprel 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Səbail – Dinamo Bakı oyununda Dinamo Bakı komandasının heyətində N2 futbolçu Pərviz Bağırov qarşılaşmanın 90+4-cü dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);
06.04.2025-ci il tarixində U-17 Qızlar Liqasının “Şəfa” FK - “Zaqatala” PFK oyununun gedişində “Zaqatala” PFK komandasında yetərsay olmadığına görə “Zaqatala” komandasına texniki məğlubiyyət verilsin. Hesab olduğu kimi saxlanılsın (maddə 63.1);
06.04.2025-ci il tarixində keçirilən futzal üzrə 1-ci liqanın 10-cu turunun “Baku Fire-2” – “Timsport” oyununda “Baku Fire-2” komandasının qapıçısı Kərim Allahverdiyev oyunun 10-cu dəqiqəsində rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 41).