İbrahim Ramazanov “Qəbələ”də - rəsmi
11.02.2025 - 20:18
![İbrahim Ramazanov “Qəbələ”də - rəsmi](https://ww3.apasport.az/storage/news/2025/february/11/big/67ab7865ad6da67ab7865ad6db173929072567ab7865ad6d467ab7865ad6d9.png)
“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, İbrahim Ramazanov “qırmızı-qaralar”ın formasını geyinəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı müdafiəçi “Turan Tovuz”dan 1,5 illik icarəyə götürülüb.
Qeyd edək ki, İbrahim "Qəbələ" akademiyasının yetirməsi olub.
0
0
Qış Transfer Pəncərəsi