Azərbaycanın yeniyetmə cüdoçuları aprelin 13-14-də Almaniyanın paytaxtı Berlində keçiriləcək Avropa Kubokunda mübarizə aparacaqlar.
Apasport.az xəbər verir ki, 37 ölkədən 776 idmançının qatılacağı birincilikdə oğlanlar arasında 7 çəki dərəcəsində 15 təmsilçimiz çıxış edəcək.
Heyətdə Bahadır Feyzullayev, Rüstəm Qasımzadə, Məhəmmədəli Hüsiyev (hamısı 50 kq), Yusif Qüdrət (55 kq), Mirxaliq İsgəndərov, Özqan Quliyev, Nihad Rəhimov, Fərid Qarayev (hamısı 60 kq), Ümid Qurbanov, Kənan Sadıqov, Sadiq İsgəndərov (hamısı 66 kq), Cəsur İbadlı (73 kq), Əli Qazıməmmədov, Mehdi Abbasov (hər ikisi 81 kq) və Sübhan Axundov (+90 kq) yer alıblar.
Cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Nicat Şıxəlizadə və Emin İskəndərov rəhbərlik edəcəklər.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”