"İdmançılarımızın Yay Olimpiya Oyunlarındakı uğurları daim yaddaşlarda qalacaq".
Apasport.az xəbər verir ki, bu sözlər Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) sosial media hesabında paylaşımında yer alıb.
“Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları sona çatır, amma idmançılarımızın uğurları daim yaddaşlarda qalacaq! Sizi alqışlayırıq!”, - paylaşımda qeyd olunub.
Paris-2024-də Azərbaycan 48 idmançı ilə təmsil olunub. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edib. Millimizin heyətində cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medala sahib çıxıblar.
İdmançılarımız yarışı 30-31-ci pillələrdə başa vurmaqla tarixinin ən yaxşı göstəricisinə imza atıb. Komandamız yarış cədvəlində sözügedən mövqeləri Xorvatiya ilə bölüşüb. 30-cu yer Azərbaycanın olimpiadalar tarixində ən yaxşı göstəricisi olub. Belə ki, ölkəmiz 32-ci yeri tutduğu London-2012 Yay Olimpiya Oyunlarındakı göstəricini üstələyib.
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb