Sentyabrın 28-də Gəncə şəhər stadionunda keçiriləcək III MDB Oyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarları məlum olub.
Apasport.az xəbər verir ki, açılış mərasimində Azərbaycan bayrağını karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə daşıyacaq.
Asiman Qurbanlı III MDB Oyunlarında çıxış edəcək ən titullu idmançılardan biridir. O, üçqat Avropa çempionu, 2019-cu il II Avropa Oyunlarının və III İslam Həmrəyliyi Oyunlarının qalibi, 2011-ci il Dünya Çempionatının gümüş mükafatçısıdır.
Zemfira Həsənzadə olimpiya çəki dərəcələrində Avropa çempionatının bürünc mükafatçısı, gənclər arasında Avropa çempionudur.
Xatırladaq ki, III MDB Oyunlarının açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhərində keçiriləcək. Yarışlar isə Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərinin 12 idman məkanında təşkil olunacaq.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”