Qəbələ Atıcılıq Mərkəzində III MDB Oyunlarıçərçivəsində stend atıcılığı üzrə yarışlar keçirilib.
Apasport.az xəbər verir ki, azərbaycanlı idmançı Nərmin Bədəlli stend atıcılığının “trap” növündə fərdi yarışda ikinci yeri tutub.
Bu kateqoriyada qızıl medalı rusiyalı atıcı Alina Axatovaqazanıb.
Digər Azərbaycanlı idmançı, Mürtəza Novruzlu, da gümüş medala sahib çıxıb.
Stend atıcılığının “trap” növündə fərdi yarışda o ikinci, rusiyalı Kiril Baqrov isə birinci yeri tutub.
Daha bir atıcımız Daniyella Ulanova isə stend atıcılığının “skeet” növündə fərdi yarışda bürünc medal qazanıb.
Bununla da stend atıcılığı üzrə yarışlara yekun vurulub. Azərbaycanlı idmançılar yarışları 9 medalla başa vurublar (5 gümüş, 4 bürünc).
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”