Belqradda keçirilən güləş üzrə dünya çempionatında idmançılarımız finalda uğurlu çıxış ediblər.
Apasport.az saytı xəbər verir ki, həlledici görüşə vəsiqə qazanan üç yunan-Roma güləşçimizdən ikisi qələbə qazanıb.
Eldəniz Əzizli (55 kq) finalda gürcü rəqibini məğlub edib. Nuqzari Tsurtsumiaya 13:4 hesabı ilə qalib gələn Eldəniz üçüncü dəfə dünya çempionu olub. Rafiq Hüseynov (82 kq) həlledici görüşdə iranlı Əlirza Mohmadipianidən güclü olub. Bu qələbə Rafiqə karyerasında ikinci dünya çempionluğunu qazandırıb.
Olimpiadaya lisenziya qazanan Sənan Süleymanov (77 kq) final görüşündə məğlub olub. O, Olimpiadanın gümüş mükafatçısı və dünya çempionu Akjol Mahmudovla (Qırğızıstan) bacarmayıb.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib