
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə aşağıdakı qərarlar qəbul olunub.
23.03.2025-ci il tarixində II Liqada XVIII turun “Ağdaş” – “Sheki City” oyununda “Ağdaş” klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilsin (maddə 37);
23.03.2025-ci il tarixində II Liqada XVIII turun “Ağdaş” – “Sheki City” oyununun 90+3-cü dəqiqəsində “Ağdaş” komandasının 20 nömrəli futbolçusu Ülvi Sarıyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Ağdaş” komandası 50 manat cərimə edilsin (maddə 36.5);
23.03.2025-ci il tarixində II Liqada XVIII turun “Ağdaş” – “Sheki City” oyunu bitdikdən sonra “Ağdaş” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Ağdaş” komandası 80 manat cərimə edilsin (maddə 52.1);
23.03.2025-ci il tarixində II Liqada XVIII turun “Şəfa” – “Şəmkir” oyununda “Şəmkir” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilsin (maddə 37);
23.03.2025-ci il tarixində II Liqada XVIII turun “Şəfa” – “Şəmkir” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şəfa” komandası 80 manat cərimə edilsin (maddə 51.2);
24.03.2025-ci il tarixində II Liqada XVIII turun “Kür-Araz” – “Füzuli” oyununda “Kür-Araz” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Kür-Araz” komandası 100 manat cərimə edilsin (maddə 91);
24.03.2025-ci il tarixində II Liqada XVIII turun “Kür-Araz” – “Füzuli” oyununda “Kür-Araz” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilsin (maddə 37);
24.03.2025-ci il tarixində II Liqada XVIII turun “Kür-Araz” – “Füzuli” oyununda “Füzuli” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Füzuli” komandası 70 manat cərimə edilsin (maddə 37);
24.03.2025-ci il tarixində II Liqada XVIII turun “Kür-Araz” – “Füzuli” oyununda “Füzuli” komandasının adı matçın protokolunda olmayan rəsmi şəxsi Vasif İsmayılov texniki zonada olduğu üçün “Füzuli” komandası 80 manat cərimə edilsin (maddə 53.4);
22.03.2025-ci il tarixində AFFA U-13 Qızlar Liqasının “Şəfa FK-Xan Lənkəran FK” oyunu Xan Lənkəran komandasının heyətində yetərsay olmaması səbəbindən baş tutmadığına görə Xan Lənkəran komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. Bu hal cari mövsümdə 3-cü dəfə yaşandığı üçün Xan Lənkəran komandası yarışlardan kənarlaşdırılsın (maddə 63.1)
22.03.2025-ci il tarixində AFFA Yüksək Qızlar Liqasının “Baku Juniors-Dirçəliş FK” oyununun gedişində Baku Juniors komandasının heyətində yetərsay olmadığına görə matç yarımçıq dayandırıldığı üçün Baku Juniors komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. Matçın hesabı olduğu kim saxlanılsın (maddə 63.1)
22.03.2025-ci il tarixində AFFA Yüksək Qızlar Liqasının “Sumqayıt FK-Araz-Naxçıvan PFK” oyununun 78-ci dəqiqəsində Sumqayıt FK komandasının №7 oyunçusu Röya Əliyeva qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə (qırmızı vərəqə) alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 36.5);
22.03.2025-ci il tarixində AFFA Yüksək Qızlar Liqasının “Sumqayıt FK-Araz-Naxçıvan PFK” oyununun 78-ci dəqiqəsində Araz-Naxçıvan PFK komandasının №7 oyunçusu Rövşanə Sərdarlı qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə (qırmızı vərəqə) alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 36.5)
23.03.2025-ci il tarixində AFFA U-13 Qızlar Liqasının “Kəpəz PFK-Ümid (Gəncə)” oyununa Ümid (Gəncə) komandası təyin olunmuş vaxtda gəlmədiyinə görə oyun baş tutmadığı üçün Ümid (Gəncə) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);
08.03.2025 tarixində AFFA U-15 Qızlar liqasında oynanmış “Kür” (Samux) – “Turan Tovuz” FK oyununda “Turan Tovuz” komandası oyunçu limitini pozduğuna görə “Turan Tovuz” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 61.5);
22.03.2025 tarixində AFFA U-15 Qızlar liqasında baş tutmalı olan “Təhsil 8 İOEUGİM” – “Sumqayıt” PFK oyunu “Sumqayıt” PFK komandası matça gəlmədiyi üçün baş tutmadığına görə “Sumqayıt” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);
24 mart 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Neftçala FK-Masallı PFK oyununda Masallı PFK komandasının heyətində N22 futbolçu Rasim Mikayılov qarşılaşmanın 90-cı dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 36.5);
24 mart 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Gənclər PFM-Şirvanovka FK oyununda Gənclər PFM komandasının heyətində N22 futbolçu Nail Quliyev qarşılaşmanın 35-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 36.5);
23 mart 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Hacıqabul-Marafon İK oyununda Hacıqabul komandasının heyətində N24 futbolçu Rövşən Osmanov qarşılaşmanın 10-cu dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 41);
24 mart 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Bahar(Beyləqan)-Ərgünəş (Füzuli) oyununda Ərgünəş (Füzuli) komandasının heyətində N11 futbolçu Orxan Quliyev qarşılaşmanın 37-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 41);
25 mart 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən İCBFA-Xudat City FA oyununda İCBFA komandasının heyətində N1 futbolçu Rüfət Cəbrayıllı qarşılaşmanın 80-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalansın (maddə 40.3);
25 mart 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən İCBFA-Xudat City FA oyununda İCBFA komandasının heyətində N48 futbolçu Fərhad Eyvazlı qarşılaşmanın 80-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalansın (maddə 40.3);
25 mart 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən İCBFA-Xudat City FA oyununda İCBFA komandasının heyətində N55 futbolçu Tural Səfərli qarşılaşmanın 80-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalansın (maddə 40.3);
25 mart 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən İCBFA-Xudat City FA oyununda Xudat City FA komandasının heyətində N19 futbolçu Ranar Aşurbəyov qarşılaşmanın 80-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalansın (maddə 40.3);
25 mart 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən İCBFA-Xudat City FA oyununda Xudat City FA komandasının heyətində N3 futbolçu Telman Ağabalayev qarşılaşmanın 80-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalansın (maddə 40.3);
25 mart 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Bayıl Rovers-Topçular oyununda Topçular komandasının heyətində N13 futbolçu Eşqin Salehzadə qarşılaşmanın 40-cı dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 36.5);
23 mart 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Asta FK – Xocalı FK oyununda Asta FK komandasının heyətində N1 futbolçu Elxan Qasımov qarşılaşmanın 72-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 42.2);
22 mart 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Zəngəzur FK – Real FK oyununda Real FK komandasının heyətində N3 futbolçu İsmayıl Məmmədli qarşılaşmanın 71-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 36.5);
22 mart 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilməli olan Birlik PFK –Neftçi İK İB oyunu Birlik PFK komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Birlik PFK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);
23 mart 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilməli olan Atletico Baku FC –Mübariz(Binə) oyunu Atletico Baku FC komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Atletico Baku FC komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);
22 mart 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Baku Sporting FK – Gənclik FK oyununda Gənclik FK komandasının baş məşqçisi Vasif Rzayev qarşılaşmanın 41-ci dəqiqəsində hakimin qərarına etiraz etdiiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 42.4);
22 mart 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilməli olan Azart FK–PFA oyunu PFA komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün PFA komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1).
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.