Gənclər və İdman Nazirliyinin təşəbbüsü və Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə Zəngilan rayonunda Ağalı kənd orta məktəbinin nəzdində ilk dəfə cüdo bölməsi fəaliyyətə başlayıb.
Apasport.az xəbər verir ki, martın 9-da gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov və baş katib Rəşad Rəsullu cüdo bölməsində yaradılan şəraitlə tanış olublar.
Cüdo bölməsinin fəaliyyət göstərdiyi məşq zalı Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub. Kəndin cüdo məşq zalına cüdo uniformaları – cüdoqilər paylanılıb. Həmçinin, federasiyanın təcrübəli məşqçiləri tərəfindən Ağalı kənd sakini, cüdoçu İsmayıl Hüseynliyə məşqçilik təlimləri keçirilib.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO