"Biz ilk növbədə bilməliyik ki, rusiyalı idmançı Paris Olimpiadasına buraxılacaqlar, ya yox. Əks halda biz təsnifat mərhələsini korlamış olacağıq. Bu, lisenziyaların verilməsi zamanı tamamilə xaos yaradacaq".
Apasport.az xəbər verir ki, bunu İtaliya Taekvondo Federasiyasının prezidenti Ancelo Çito deyib.
O, rusiyalı və belaruslu taekvondoçuların Bakıda keçiriləcək dünya çempionatına buraxılmasını şərh edib: "Bu yarışların çoxu Paris Olimpiadasına lisenziya xalları verir. Ola bilər ki, təsnifat yarışında ruslar digər rəqiblərinə qalib gəlsinlər və sonra özləri Olimpiadaya buraxılmasınlar. Ona görə də əvvəlcədən dəqiq qərar verilməlidir ki, ruslar Olimpiadada yer alacaqlar, ya yox. Əks halda, hər şey çətinləşəcək".
Qeyd edək ki, taekvondo üzrə dünya çempionatı 29 may – 6 iyun tarixlərində keçiriləcək.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib