Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, 4-cü yarış günündə daha 5 qadın güləşçimiz mübarizəyə qoşulub.
Türkan Nəsirova (53 kq) təsnifat mərhələsində Mariya Spirkovskaya (Şimali Makedoniya) tam üstünlüklə qalib gəlib – 10:0. Həmyerlimiz 1/4 finalda ispaniyalı Marina Floresdən də güclü olub – 12:5. Nəsirova yarımfinalda isveçli Avropa çempionu Ema Malmqrenə "tuş"la uduzub. Türkan bürünc medal uğrunda türkiyəli Zeynəp Yetgillə güləşəcək.
Mübarizəyə 1/4 finaldan qoşulan Jalə Əliyeva (57 kq) almaniyalı Elena Brüqerə 6:3 hesabıyla qalib gəlib. Əliyeva yarımfinalda polşalı Yovita Vjesyeni də 2:0 hesabıyla üstələyərək debüt etdiyi Avropa çempionatının finalına yüksəlib. Jalə həlledici görüşdə ukraynalı Alina Qruşina-Akobiya ilə qarşılaşacaq.
Birgül Soltanova (62 kq) təsnifat mərhələsində estoniyalı Viktoriya Vessoya "tuş"la məğlub olub.
Elis Manolova (65 kq) mübarizəyə 1/4 finaldan qoşulub və rumıniyalı İrina Rınqaça "tuş"la uduzub. Rəqib finala yüksəldiyi üçün Elis təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Onu fransalı Kendra Daşerlə qarşılaşma gözləyir.
Nigar Mirzəzadə (72 kq) təsnifat mərhələsində ukraynalı Lyudmila Tiçinaya müqavimət göstərə bilməyib – 0:10.
Bu çəkilərdə təsəlliverici və medal görüşləri aprelin 21-də keçiriləcək.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib