Polşa millisinin dünya çempionatının ilk matçında Seneqala (1:2) məğlubiyyəti ölkədə məyusluqla qarşılanıb. Apasport.az saytının məlumatına görə, bir çox polşalı futbolçu dünənki qarşılaşmaya sosial şəbəkə vasitəsilə reaksiya göstərib ki, onlardan biri də “Qarabağ”ın müdafiəçisi Yakub Jezniçak olub.
Polşa millisinə çağırılmasına baxmayaraq, mundiala aparılmayan 32 yaşlı oyunçu tvitter hesabında komandanın zəif təsir bağışladığını yazıb: “Yəqin ki, bu, Adam Navalkanın rəhbərliyi altında yığmamızın keçirdiyi ən zəif oyun idi. Hələ heç nə itirilməyib. Kolumbiya ilə matç daha yaxşı ola bilər”.
Qeyd edək ki, Polşa yığması H qrupunun II turu çərçivəsində iyunun 24-də Kolumbiya ilə üz-üzə gələcək.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb