Kadi “Qarabağ”da - RƏSMİ
04.02.2025 - 22:32
Kadi “Qarabağ”da - RƏSMİ

“Qarabağ” sabiq futbolçusunu geri qaytarıb.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi "Ferensvaroş"dan Kadi Borgesi transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Qarabağ" futbolçu ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 28 yaşlı braziliyalı 2024-cü ildə "Krasnodar"da "Ferensvaroş"a keçib.
 

0