156 oyun, 50 qol – Volkovdan yubiley
23.11.2026 - 12:05
156 oyun, 50 qol – Volkovdan yubiley

“Zirə”nin futbolçusu Davit Volkov qəsəbə klubunun heyətində 50-ci qolunu vurub.

Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Bu yubiley Misli Premyer Liqasının XII turuna təsadüf edib.

Gürcüstanlı hücumçu “İmişli” ilə səfər görüşündə (2:2) qol sevinci yaşayıb.

Volkov “Zirə”nin heyətində meydana çıxdığı 156-cı matçda “50”yə çatıb. Premyer Liqada 42 (124 oyun) dəfə fərqlənən forvard ölkə kubokunda 3 (18 oyun), avrokuboklarda 5 (14 oyun) dəfə rəqib qapılarına yol tapıb.

Qeyd edək ki, “Zirə”də ilk qolunu 2020-ci il matın 8-də “Səbail”lə səfərdəki çempionat matçında vuran hücumçu klubunun tarixinin ən yaxşı bombardiridir.