Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı başlayıb - FOTO
28.08.2025 - 16:58
Bu gün Bakıda Azərbaycan Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatına start verilib.
Apasport.az xəbər verir ki, yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən 60-dan çox idmançı iştirak edir.
Turnirdə kişi və qadın oxatanlar üç yaş kateqoriyası üzrə mübarizə aparırlar.
Bu gün iştirakçılar hazırlıq məqsədilə məşq sessiyalarında qüvvələrini sınayıblar.
Yarış avqustun 29-da sıralama atışları ilə davam edəcək. Final mərhələsi isə avqustun 30-da baş tutacaq.
Həmin gün çempionatın qalibləri müəyyən olunaraq mükafatlandırma mərasimi keçiriləcək.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0