Bakıda keçirilən kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub.
Apasport.az xəbər verir ki, Avropa Oyunları Parkında təşkil olunan yarışlarda ölkənin müxtəlif bölgələrini təmsil edən 50-dən çox peşəkar idmançı çempionluq uğrunda mübarizə aparıb.
Böyüklər arasında 70 metr məsafə üzrə qadınların yarışında Yaylagül Ramazanova qizil, Fatimə Hüseynli gümüş, Svetlana Simonova bürünc medal qazanıblar. Kişilərdə Roman Venqerov, Məhəmmədəli Əliyev və Əhməd Hüseynov ilk üçlükdə qərarlaşıblar.
16-18 yaşlı gənclərdə 60 metr məsafə üzrə qadınların mübarizəsində Amina Şərif birinci olub. Lala Almasova və Zəhra Carçılı isə yarışı ikinci və üçüncü yerdə tamamlayiblar. Kişilərdə İslam İsmayılov, Sərdar Vəliyev və Nurlan Rəhimli fərqləniblər.
16 yaşına qədər yeniyetmələrdə qadınlar arasında 30 metr məsafə üzrə Leyla Əfəndiyeva birinci, Sona Rüstəmli ikinci, Fatimə Nəbiyeva üçüncü yeri tutublar. Kişilərdə Məhəmməd İsmayilov, Hüseyn Məhərrəmov, Nicat Nəbiyev ilk üçlükdə qərarlaşıblar.
Sonda qaliblər təltif olunublar. Mükafatları Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev, federasiyanın vitse-prezidenti Rauf Əliyev, Gənclər və idman Nazirliyinin şöbə müdiri Elnur Məmmədov, Su idmanı Sarayinin direktoru Zaur Yaquboy və Bodibildinq üzrə dünya çempionatınin üçqat mükafatçısı Emin Babayev təqdim ediblər.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”