Bu gün Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə ağırlıqqaldırma ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Federasiyadan apasport.az-a verilən məlumata görə, Ağır Atletika Akademiyasında baş tutan tədbirdə ölkədə fəaliyyət göstərən məşqçilər, hakimlər və digər mütəxəssislər iştirak ediblər.
Görüşdə məqsəd paytaxt və regionlarda çalışan mütəxəssislərlə söhbət edərək çətinliklərini dinləmək, ağırlıqqaldıranlarımızın gələcəkdə daha böyük uğurlara imza atması üçün lazım olan addımların atılması istiqamətində fikir mübadiləsi aparmaq olub.
Federasiyanın vitse-prezidenti Firdovsi Umudovun da iştirak etdiyi tədbirdə problemlər səsləndirilib, rəy və təkliflər bildirilib.
Qeyd edək ki, iclasdan sonra Kamran Nəbizadə 5-6 oktyabr tarixlərində keçirilən gənclər arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyini izləyib.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib