Karateçilərimiz ilin ilk mötəbər yarışına hazırlaşırlar.
Apasport.az xəbər verir ki, yanvarın 26-28-də Parisdə karate üzrə Premyer Liqa turniri keçiriləcək.
Fransa paytaxtının ev sahibliyində keçiriləcək yarışda təmsilçilərimizin də iştirakı planlaşdırlır.
Reytinq turnirində ölkəmizi üçqat dünya çempionu İrina Zaretska (68 kq), Avropa Oyunlarının qalibi Tural Ağalarzadə (67 kq), Əminağa Quliyev, Fərid Savadov (hər ikisi 60 kq), Turqut Həsənov (84 kq), Asiman Qurbanlı (+84 kq), Fidan Teymurova (50 kq) və Mədinə Sadıqova (55 kq) təmsil edəcək.
Qeyd edək ki, Premyer Liqa turnirində 58 ölkədən 381 karateçinin medallar uğrunda mübarizə aparması gözlənilir.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib