"Karvan-Yevlax" legioneri ilə vidalaşdı
11.06.2026 - 16:42
"Karvan-Yevlax" daha bir futbolçu ilə yolları ayırıb.
Apasport.az xəbər verir ki, bunu Yevlax təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Şakil Sno ilə müqavilə yenilənməyib.
30 yaşlı niderlandlı futbolçu başa çatan mövsümdə 33 oyuna çıxıb və 1 qolla yadda qalıb.
Qeyd edək ki, komanda Misli Premyer Liqasında 2025/2026 mövsümünü sonuncu - 12-ci pillədə başa vuraraq I Liqaya yuvarlanıb.
0
0