İngiltərə millisinin sabiq futbolçusu Ceydon Sanço karyerasını İspaniyada davam etdirməkdən imtina edib.
Apasport.az xəbər verir ki, 26 yaşlı vinger “Xetafe”nin təklifini geri çevirib.
“Marca” nəşrinin məlumatına görə, azad agent statusunda olan futbolçu qərarını şəxsən klubun prezidenti Anxel Torresə bildirib.
Buna tərəflər arasında maliyyə məsələlərində razılığın əldə olunmaması səbəb olub. Sanço mövsümün sonuna qədər təxminən 3 milyon avro qazanmaq istəyib. “Xetafe”nin təklif etdiyi məbləğ isə futbolçunun tələblərinə cavab verməyib.
İngiltərə millisinin sabiq üzvünün Səudiyyə Ərəbistanından da təklifi var. Adı açıqlanmayan klub Sançonun maliyyə tələblərini qarşılamağa hazırdır.
Qeyd edək ki, son olaraq ötən mövsüm “Aston Villa”da icarə əsasında çıxış edən Sanço İngiltərə Premyer Liqasında keçirdiyi 23 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Qalatasaray”da Barış Alper Yılmaz qərarı – Növbəti oyunu buraxacaq
- “Qızıl top”un sahibi “Bavariya”da qalır – Yeni müqavilə imzalanacaq
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO