
"Futbolçularıma afərin düşür. Bu gün çox gözəl çıxış etdilər".
Bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze apasport.az saytına açıqlamasında deyib.
O, I Liqanın "Mingəçevir"lə matçı barədə fikirlərini bildirib: "Futbolçular tapşırıqları düzgün yerinə yetirdilər. Əsas olan odur ki, oyun planımızı sonuna qədər qoruduq. İkinci hissədə yalnız qol çatmadı. Məncə, bir balaca tələsirdik. Buna baxmayaraq hamı işini yaxşı gördü, hər şeydən razıyam".
Mütəxəssis yeni transferlər haqda danışıb: "Onlara bir az daha vaxt lazımdır. Mendi 2 ay oynamayıb, Oçe komandaya yeni qoşulub. Zaman lazımdır ki, onlar ritmə uyğunlaşsınlar. Ümumilikdə futbolçularım həm məşqlərdə, həm də matçlarda çox çalışırlar, hər birindən razıyam. Transferləriniz bitib. Zədəlilər də komandaya qoşulduqdan sonra heyətimiz tamamlanacaq”.
Gürcüstanlı çalışdırıcı "Tottenhem" - "Qarabağ" matçını da dəyərləndirib: “Qarabağ”a azarkeşlik edirik. Qurban Qurbanova çox böyük hörmətim var. O, əfsanədir. Bu günkü matçda hər şey ola bilər. Önəmli olan müdafiədə etibarlı oynamaqdır. Belə olan halda mütləq hücum şansları da yaranacaq".
Qeyd edək ki, "Qəbələ" - "Mingəçevir" görüşü meydan sahiblərinin qələbəsi ilə nəticələnib - 2:0.
İsmayıl Xeyrullayev
- "Neftçi" Bayılda 3 xalı qopartdı - YENİLƏNİB
- Millinin Haiti və Belarusla oyunöncəsi mətbuat konfransının vaxtı açıqlanıb
- Vadim Abdullayev: "Qarabağ"dan sonra ən yaxşı və ən möhkəm komanda "Araz-Naxçıvan"dır"
- "Zirə"nin legionerləri milli komandalarına dəvət alıblar
- “Şamaxı” onlarla da müqavilə müddətini uzadıb