Gürcüstanın Mtsxeta şəhərində avarçəkmənin kayak və kanoe növləri üzrə açıq Gürcüstan birinciliyi keçirilib.
Apasport.az saytının məlumatına görə, təşkilatçı ölkə ilə yanaşı, Azərbaycan və Ermənistan komandalarının iştirak etdiyi turnirdə ümumilikdə 50 idmançı mübarizə aparıb.
Ölkəmizi bu yarışda məşqçi Mirnazim Cavadovun rəhbərliyi ilə 5 gənc avarçəkən təmsil edib. Komandamızın çıxışı uğurlu alınıb.
Ceyhun Vəlixanov və Rüfət Rəhimov 1 nəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşlərdə yarışı mükafatçılar sırasında başa vurub. Hər iki idmançımız gümüş medala sahib olub. Elmir Məmmədov 1 nəfərlik kanoe qayığında 200 metr məsafədə ikinci yer tutub. 2 nəfərlik kayak qayığında 200 metr məsafədə isə Ramil Mustafayev və Rüfət Rəhimov cütlüyü ikinci yerə layiq görülüb.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib