Keniyalı futbolçu "Səbail"dən ayrıldı
15.07.2024 - 13:34

Keniyalı futbolçu Ayub Masika “Səbail” klubundan ayrılıb.
Apasport.az xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında bildirib.
O, komanda yoldaşları, məşqçilər heyəti və hər oyunda dəstəyini əsirgəməyən azarkeşlərə təşəkkür edib.
Qeyd edək ki, Ayub Masika 2024-cü ilin yanvar ayından “Səbail”in formasını geyinib. O, “dənizçilər”in heyətində 16 rəsmi oyunda meydana çıxıb.
- "Neftçi" Bayılda 3 xalı qopartdı - YENİLƏNİB
- Millinin Haiti və Belarusla oyunöncəsi mətbuat konfransının vaxtı açıqlanıb
- Vadim Abdullayev: "Qarabağ"dan sonra ən yaxşı və ən möhkəm komanda "Araz-Naxçıvan"dır"
- "Zirə"nin legionerləri milli komandalarına dəvət alıblar
- “Şamaxı” onlarla da müqavilə müddətini uzadıb
0
0