Messi və Ronaldo eyni matçda meydana çıxa bilərlər
28.11.2026 - 14:42
Messi və Ronaldo eyni matçda meydana çıxa bilərlər

Argentina millisinin və “Mançester Siti”nin sabiq hücumçusu Karlos Teves vida oyunu keçirməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, dekabrın 20-də baş tutacaq qarşılaşmaya dünya futbolunun iki ulduzu – Lionel Messi və Kriştiano Ronaldo dəvət olunub.

Messi görüşdə iştirak edəcəyini rəsmən təsdiqləyib. Portuqaliyalı futbolçunun isə matça qatılıb-qatılmayacağı hələ dəqiqləşməyib.

Qarşılaşma Buenos-Ayresdəki “La Bombonera” stadionunda keçiriləcək.

Qeyd edək ki, Teves və Ronaldo 2007–2009-cu illərdə “Mançester Yunayted”də birlikdə çıxış ediblər.