"Kəpəz" millinin sabiq üzvünü heyətinə qatıb
22.01.2026 - 12:31
"Kəpəz" millinin sabiq üzvünü heyətinə qatıb

"Kəpəz" daha bir futbolçunun keçidini həll edib.

Apasport.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.

"Sarı-göylər" Rəhman Hacıyevi heyətinə qatıb. 32 yaşlı cinah yarımmüdafiəçisi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Rəhman Hacıyev mövsümün ilk yarısını "Səbail" klubunda keçirib. 

Qeyd edək ki, Hacıyev milli komandanın heyətində 9 oyuna çıxıb.