Yeni mövsümə hazırlaşan “Keşlə” Bakı toplanışını başa vurub. Apasport.az saytının məlumatına görə, paytaxt klubu UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununa hazırlıqlarını davam etdirmək məqsədilə bu gün Türkiyənin Kızılcahamam vilayətinə gedib.
Komanda sabah səhər ilk məşqə çıxacaq. İyul ayının 10-dək davam edəcək təlim-məşq toplanışında “Keşlə” 3 yoxlama matçı keçirməyi planlaşdırır.
Yuri Maksimovun yetirmələri ilk yoxlama matçını Bolu vilayətində Bosniya və Herseqovinanın “NK Celik Zenitsa” komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 17.00-da başlanacaq.
İkinci yoxlama matçında rəqib “Levadia” olacaq. Estoniya təmsilçisilə qarşılaşma Bakı vaxtı ilə saat 17.00-da baş tutacaq.
Toplanış çərçivəsində son yoldaşlıq matçı iyulun 6-da keçiriləcək. Bakılılar bu dəfə İranın “Traktorzasi” klubu ilə üz-üzə gələcək. Oyunun başlanma vaxtı barədə əlavə məlumat veriləcək.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb