Bu gün Krakov-2023 III Avropa Oyunlarına yekun vurulacaq.
Apasport.az saytının məlumatına görə, Polşadakı multi-idman tədbirinin son günündə kikboksinq yarışlarının final döyüşləri keçirilir.
Azərbaycan təmsilçisi Fərid Ağamoğlanov da həlledici qarşılaşmaya çıxıb. Kişilərin full kontakt növündə çıxış edən idmançımız 63,5 kq çəkidə Damiano Tramontana (İtaliya) ilə üz-üzə gəlib.
İdmançımız 3:0 hesablı qələbə qazanıb. Bununla da çempion tituluna sahib çıxan Fərid yığmamıza 3-cü qızıl medal qazandırıb.
Qeyd edək ki, kikboksinq yığmamız Polşaya iki idmançı ilə yollanıb. Digər təmsilçimiz Elşad Şahbazov (86 kq) ilk döyüşdə uduzaraq mübarizəni 1/4 finalda dayandırıb.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib