Kloze: “Mahir Emreliyə ehtiyacım var"
13.02.2025 - 12:59
Kloze: “Mahir Emreliyə ehtiyacım var"

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze azərbaycanlı hücumçu Mahir Emreli haqda danışıb.

Apasport.az xəbər verir ki, mütəxəssis forvardla bağlı bunları deyib:

“Emreliyə ehtiyacım var. Bunu dəfələrlə ona söyləmişəm. Mahir başa düşməlidir ki, bəzən verilən qərarlar ona deyil, başqalarına aiddir”.

Qeyd edək ki, Mahir bu mövsüm 14 oyunda 3 qol vurub.